PDF Oxu

Siyasət

  • 309

Zaman Azərbaycanın xeyrinə işləyir

Zaman Azərbaycanın xeyrinə işləyir

Tahir Mirkişili: "ATƏT-in Minsk Qrupunun həmsədrləri də bəyan edirlər ki, mövcud status-kvo dəyişilməlidir"

Müsahibimiz millət vəkili Tahir Mirkişilidir

- Tahir müəllim, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllindən imtina etməsinə Azərbaycana nə vaxta qədər dözüm nümayiş etdirə bilər?

- Ermənistanın qeyri-konstruktiv mövqeyi getdikcə daha çox qınaq obyektinə çevrilməkdədir. Əslində, zaman Azərbaycanın xeyrinə işləyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bəyan edirlər ki, mövcud status-kvo dəyişilməlidir. Bu, əslində, işğala son qoyulması tələbi anlamına gəlir. Ermənistan da bunu gözəl başa düşür. Mövcud erməni iqtidarı danışıqlar prosesindən qaçmağa çalışır. Ancaq onlar bu prosesdən qaçdıqca, daha çox dalana dirənirlər.

- Ermənistanın danışıqlardan yayınması Azərbaycanın sərt tədbirlər gösrməsinə gətirib çıxara bilərmi?

- Azərbaycan bütün vəziyyətlərə hazırdır. Güclü ordumuz var. Güclü beynəlxalq əlaqələr və bunu nəticəsində hər kəsin reallıqları bilməsi Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir. Ermənistanın danışıqlardan qaçması Yerevanın ağır və çıxılmaz vəziyyətdə olamsından irəli gəlir. Əgər vəziyyət dəyişməsə və Ermənistan təxribatçı əməllərindən əl çəkməsə, Azərbaycan sərt tədbirlər görəcək. Bu isə, Ermənistanın süqutuna gətirib çıxara bilər. Bunu dörd günlük aprel döyüşləri zamanı Azərbaycan Ordusunun Ermənistanın işğalçı ordusunu məhv edərək, bir sıra yaşayış məskənlərini və strateji məntəqələri azad etməsi də təsdiq etdi.

- ABŞ və Avropa ölkələri MDB məkanındakı bəzi münaqişələrə göstərdikləri sərt diqqəti Dağlıq Qarabağ münaqişəsinə göstərmirlər. Bu ikili yanaşmanın səbəbi nədir?

- Əslində, Dağlıq Qarabağ münaqişəsi MDB məkanında ən uzunmüddətli və birinci münaqişə ocağıdır. Münqaişənin həlli üçün uzun müddətdir danışıqlar prosesi gedir. Ancaq ikili standartlar bu gün də bir çox ölkəlrin siyasətində önəmli yer tutur. Ermənistanın işğalçı siyasətinə qarşı BMT qətnamələrinin olmasına baxmayaraq, hələ də Ermənistana qarşı sanksiyalar tətbiq olunmur. Bunun əsas səbəblərindən biri bəzi ölkələrin regionda xüsusi və fərqli maraqlarının olması, münaqişə vəziyyətindən istifadə edərək, Azərbaycanın güclü və müstəqil siyasətinə təsir göstərmək istəklərindən irəli gəlir. Ancaq Ermənistan xalqı özü də bu siyasətdən əziyyət çəkir, əhalinin dörddə üçü yoxsulluq həddində yaşayır.

GÜLYANƏ

Digər xəbərlər