PDF Oxu

Siyasət

  • 87

Deputat Sədaqət Vəliyeva seçicilərini qəbul edib

Deputat Sədaqət Vəliyeva seçicilərini qəbul edib

Yeni Azərbaycan Partiyasının 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb. Millət vəkili seçicilərinin müraciətlərinə baxıb.

Müraciət edən seçicilərin əksəriyyəti sosial problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təmin olunmaq, həmçinin, müalicə və müayinə edilmək istəyən müraciətçilərin probleminə yerindəcə reaksiya verilib və millət vəkili aidiyyatı qurumlara müraciət edib.

Qeyd edək ki, deputatın seçicilərilə görüşləri həm qərargahda, həm də səyyar şəkildə ayrı-ayrı məhəllələrdə baş tutur.

Digər xəbərlər