PDF Oxu

Siyasət

  • 481

Deputat: "Tütün məmulatlarının istehlakı üçün qapalı yerlərin tikilməsi əlavə xərcdir"

Deputat: "Tütün məmulatlarının istehlakı üçün qapalı yerlərin tikilməsi əlavə xərcdir"

"Siqaret böyük, sosial bəladır, əslində siqaret çəkmək narkomaniyanın ilk mərhələsi başlanğıcıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.Müəyyən yaş həddində dünyada hər 4 kişidən birinin siqaret istifadəçisi olduğunu deyən deputat bildirib ki, Azərbaycanda isə hər iki nəfərdən biri siqaret çəkir: "Bu çox böyük rəqəmdir. Buna yol vermək olmaz. Ona görə də düşünürəm ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyac var".Qanun layihəsində müəyyən dəqiqləşdirmələrin aparılmasına ehtiyac olduğunu deyən H. Məmmədov söyləyib ki, qanunda bütün tütün məmulatları əks olunsa da nədənsə burada sulu qəlyanın adı çəkilməyib: "Sulu qəlyan da tütün məmulatlarından hazırlanan bir vasitədir. Digər məmulatlarda təsvir olunan bənzərlikləri onda da tapmaq lazımdır. Belə olan halda, burada ziddiyət yaranır bə bunu aradan qaldırmaq lazımdır. Sulu qəlyanın da qadağan edilməsi yaxşı olardı".H. Məmmədov çıxışı zamanı tütün məmulatlarının istehlakı üçün xüsusi yerlərin ayrılması məsələsinə də toxunub: "O bildirib ki, qanun layihəsində bu cür yerlərin qapalı olması təklif olunur ki, bunun üçün əlavə vəsait tələb olunur. Bu baxımdan düşünürəm ki, qanun layihəsində xüsusi qapalı yerlərin olması məsələsi çıxarılsa, yaxşı olar. Rusiyada da buna bənzər qanun layihəsi var ki, artıq orada da qapalı yerlər ləğv edilir. Çünki bundan istifadə etmək mümkün deyil, bu əlavə xərclər tələb edir".

sia.az

Digər xəbərlər