PDF Oxu

Siyasət

  • 302

Hikmət Babaoğlu: “Türk xalqı öz qərarını verdi” AÇIQLAMA

Hikmət Babaoğlu: “Türk xalqı öz qərarını verdi” AÇIQLAMA

"Türkiyədə keçirilən referendum bu ölkənin demokratiya tarixində və dövlətçilik tarixində olduqca mühüm hadisələrdən biridir. 16 aprel ümumxalq səsverməsi qardaş ölkənin siyasi gələcəyi baxımından çox əhəmiyyətli bir hadisə idi. Çünki səsvermənin nəticəsi Türkiyədə ali idarəetmə formasını dəyişir. Hazırki tarixi şəraitdə bu olduqca aktual idi.Türk xalqı öz qərarını verdi. Düşünürəm ki, bu qərar dövlətin nüfuzunu artirmağa, idarəetmənin təkmlləşməsinə və mövcud mürəkkəb şəraitdə siyasi qərərların daha operativ şəkildə qəbul edilməsinə şərait yaradacaq". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, dövlət bütün hallarda zor aparatıdır: "Əgər hansısa tarixi mərhələdə istənilən dövlət öz maraqlarını, milli maraqlara uyğun qərar qəbul edə bilmirsə, yaxud belə qərarların qəbul edilməsində ləngiyirsə o ciddi şəkildə nüfuzdan düşə bilər. Referendumdan öncə Türkiyədə mövcud olan siyasi sistem yaxud idarəetmə sistemi bu və ya digər səbəbdən qərarların qəbul edilməsi prosesində operativ davranmaq baxımından çox da effektli deyildi. Bu yeni mərhələ daha çevik idarəetməni təmin edə bilər. Referendumdan sonra Türkiyə prezidentini ilk olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev təbrik etdi. Bu bir daha ölkəmizin qardaş Türkyə Cümhuriyyətinin hər zaman yanında olmağının, türk xalqının istənilən seçiminə hörmətlə yanaşmasının göstəricisi idi".

sia.az

Digər xəbərlər