PDF Oxu

Siyasət

  • 158

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir YENİLƏNİR

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir YENİLƏNİR

Bu gün Bakıda AMEA Rəyasət Heyəti və Qafqazşünaslıq Institutunun birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə onlara Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir. SİA-nın xəbərinə görə, iki gün davam edəcək foruma Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim və tədqiqatçılar qatılıb. Forumda Qafqaz ölkələrinin daxili ictimai siyasi, iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin və digər ölkələrinQafqaz siyasəti, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, törətdiyi soyqırımları və digər problemlərə həsr olunan 160 məruzə ediləcək və bu məsələlər 20 bölmə iclasında müzakirəyə çıxarılacaq. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda olub Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, üzərinə çiçək dəstələri qoyublar. Forumun açılış mərasimi AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

sia.az

Digər xəbərlər