PDF Oxu

Siyasət

  • 95

Refik Turan: "Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqaza sülh gətirəcək"

Refik Turan: "Dağlıq Qarabağ münaqişəsinin həlli Qafqaza sülh gətirəcək"

"Qafqaz ən gözəl, qədim tarixə malik, türklərin etibar etdiyi ən böyük regiondur". SİA-nın xəbərinə görə, bunu Türk Tarix Qurumunun sədri professor Refik Turan Bakıda keçirilən Qafqazşünasların I Beynəlxalq Forumunda çıxış edərkən deyib. Qafqazın 3 min illik tarixə malik olduğunu deyən R.Turan söyləyib ki, Qafqaz həmçinin coğrafiya olaraq fərqli, geniş əraziyə malikdir: "Dünyanın ən dəyərli torpaqları burada yerləşir. Bütün bunlar bu bölgəyə geosiyasi üstünlüklər verməkdədir. Qafqaz mədəniyyət baxçasıdır. Qafqaz gələcəkdə dünyada önəmli yeri olaraq qalacaq". Onun sözlərinə görə, Qafqaz bölgəsi hər zaman dünya dövlətlərin diqqətindədir: "Bakı-Tbilis- Ceyhan layihəsi bu diqqəti daha da artırıb. Qafqaz savaş və barışın ortaq nöqtəsidir. Qafqaz böyük güclərin paylaşa bilməyəcəyi regiondur. Qafqaza bağlı kitablar, əsərlər Türkiyədə böyük maraq kəsb edir. Pulla alınan torpaqdan vətən olmaz. Vətən uğrunda ölən varsa, həmin ərazi vətən olar. Bu baxımdan Qafqaz, onun uğrunda ölənlərin hesabına əsil Vətəndir. Yaxın zamanda Dağlıq Qarabağ münaqişəsi həll olunaraq Azərbaycanın da ərazi bütövlüyü də həll olunacaq ki, bu da Qafqaza sülh və əmin-amanlıq gətirəcək".

sia.az

Digər xəbərlər