PDF Oxu

Siyasət

  • 197

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib

Konfransda təşkilatın ötən hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının yeni şura və idarə heyətinin üzvləri seçilib

Dünən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə, rayon təşkilatının qərargahının foyesində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüblər. Sonra rayonun 311 saylı məktəbində davam edən konfrans dövlət himninin səslənməsi ilə öz işinə davam edib. Konfransı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında avanqard siyasi qüvvə olaraq, fəaliyyət göstərməkdədəir: "Yarandığı ilk gündən YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir".

Rayon təşkilatının sədri daha sonra bildirib ki, YAP-ın Sabunçu rayon təşkilatı YAP-ın V Qurultayında qəbul edilmiş qərarların, eləcə də, partiyanın idarə heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirmişdir.

Konfransda rayon təşkilatı Nəzarət Təftiş Komissiyasının sədri İlqar Süleymanova, rayon təşkilatının qadınlar şurasının sədri Ramidə İbrahimova, YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Abbasquliyev hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərdən danışıblar.

Konfransın işində YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək, YAP-ın əldə etdiyi böyük nailiyyətlərə toxunub: "Yenm Azərbacan Partiyası bu gün beynəlxalq qurumlarla, o cümlədən, dünyanın müxtəlif sağ mərkəzçi hakim partiyaları ilə geniş və əhatəli əməkdaşlıq əlaqələri qurur. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Dilarə Cəbrayılova Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb.

Konfransda təşkilatın ötən hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının tərkibdə yeni şura və idarə heyəti, eləcə də, nəzarət-təftiş qrupu seçilib.

Mehriban Abasquliyeva yenidən YAP Sabunçu rayon təşkilatının sədri seçilib.

Sonda Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının konfransının qərar layihəsi qəbul olunub.

Digər xəbərlər