PDF Oxu

Siyasət

  • 337

Yeni Azərbaycan Partiyası daim yeniləşən və inkişaf edən partiyadır

Yeni Azərbaycan Partiyası daim yeniləşən və inkişaf edən partiyadır

YAP Tovuz rayon təşkilatının IX konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzülüb. Konfransı YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov açaraq, hesabat məruzəsi ilə çıxış edib. O, ötən konfransdan bu günə qədər rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər, YAP fəallarının rayonun ictimai-siyasi həyatında iştirakı, təşkilata üzv olanların sıralarının genişlənməsi, respublika əhəmiyyətli tədbirlərə verilən dəstək və digər mövzularda geniş məlumat verib. M.Bayramov rayon təşkilatının fəaliyyətini YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirdiyini, verilən tövsiyələrin daim rəhbər tutulduğunu vurğulayıb.

Sonra YAP Tovuz rayon təşkilatının nəzarət-təftiş qrupunun sədr müavini Vasif Abdullayevin məruzəsi dinlənilib. Məruzə ətarfında rayon təşkilatı idarə heyətinin üzvü, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, M.Ələkbərov adına məktəbin müəllimi, əməkdar müəllim Fazil Məhərrəmov, rayon təşkilatı şurasının üzvü, mərkəzi rayon xəstəxanasının baş həkimi Paşa Muradov, rayon təşkilatı gənclər birliyinin sədri Nihad Pənahov, Hunanlar məktəbi ərazi ilk təşkilatının sədri Fərmayıl Cəfərov və rayon təşkilatı qadınlar şurasının sədri Aybəniz Dəmirova çıxış edərək, YAP Tovuz rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvləri - Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev və Milli Məclisin deputatı Aydın Hüseynov partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər.

Çıxışlardan sonra təşkilati məsələyə baxılıb. Rayon təşkilatının sədri, 35 nəfərdən ibarət şura üzvləri və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib. Məzahir Bayramov yenidən YAP Tovuz rayon təşkilatının sədri seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçılarının müraciəti qəbul olunub.

GÜLYANƏ

Digər xəbərlər