PDF Oxu

Siyasət

  • 5 123

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 3 (üç) milyon manat ayrılıb

İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı və qloballaşmanın vüsət aldığı müasir dövrümüzdə gəncliyin potensialından geniş istifadə olunmasına əlverişli şərait yaradılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət- gənclər siyasəti gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təminində önəmlidir.

SSRİ-i dövründə Azərbaycana rəhbərilik illərində olduğu kimi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da gənclər dövlətimizin diqqət və qayğısı əhatəsində olublar. Müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət-gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti özünün yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət göstərib. Bütün bunlar gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edib, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə böyük zəmin yaradıb. Aparılan siyasətin nəticəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Hazırda ölkədə yüzlərlə gənclər təşkilatı və ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir - gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar və iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına da birbaşa təsirini göstərir.

DÖVLƏT-GƏNCLƏR SİYASƏTİNİN BAŞLICA MƏQSƏDİ GƏNCLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFINI TƏMİN ETMƏK, ONLARIN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİ VƏ CƏMİYYƏTDƏ LAYİQLİ YER TUTMASI ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARATMAQDIR

Bu günlərdə dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, reallaşdırılan layihələr, ilk növbədə, on minlərlə gəncin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etməyə yönəlmişdir. Fond fəaliyyəti dövründə yüzlərlə Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə də şərait yaratmışdır. Bütün layihələrin icrasına 5 il ərzində 19 milyon manatadək vəsait ayrılmışdır.

Görülən işlər, həyata keçirilən layihələr və tədbirlər bir daha göstəriər ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan dövləti daim gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bütün bunlar üçün real işlərin görülməsi üçün dövlət proqramları qəbul edilir və yüksək səviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər