PDF Oxu

Siyasət

  • 323

Səməd Seyidov:"AŞPA-nın budəfəki iclasında ikili standartlar daha çox özünü biruzə verdi"

Səməd Seyidov:"AŞPA-nın budəfəki iclasında ikili standartlar daha çox özünü biruzə verdi"

"AŞPA-nın yaz sessiyası başqa sessiyadan fərqləndi. Biz uzun müddətdir ki, prosesləri müşahidə edirik və Avropda irqçilik, islamafobiyanın baş alıb getdiyini görürük". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA- dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin plenar iclasında cari məsələlər müzakirə olunarkən deyib. O bildirib ki, Avropda müsəlman ölkələrinə qarşı ikili standarları konkret ölkələrin siyasətində, təşkilatların bəyanatlarında görüb, hiss etmək mümkündür: "Bu problem xüsusilə də Avropda qaçqın və məcburi köçkünlər artdıqca özünü göstərməyə başlayıb. AŞPA-da belə tendensiyaları bir neçə ildir hiss edirik. Ümumiyyətlə, orada Türkiyə, Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır. Lakin budəfəki yaz sessiyası bu münsaibətlərin pik həddinə çatmasını gösərdi. İclasda Türkiyə ilə bağlı ədalətsiz məruzə təqdim olundu. Məruzə ilə tanış olduqda bunun qəbul edilməz olduğunu görmək mümkündür". S. Seyidov söyləyib ki, AŞPA-da Türkiyə ilə bağlı məruzədə PKK terrorçu təşkilat kimi təqim olunmur: " Bu azmış kimi ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir. Etiraf edək ki, Türkiyənin bütün nümayəndə heyəti -həm iqtidar, həm də müxalifət nümayəndələri AŞPA-nın qərarının əleyhinə çıxış edərək bəyan etdilər ki, onlar kritik məruzə ilə işləməyə hazırdılar. Onlar bəyan etdilər ki, AŞPA-nın Türkiyənin post monitorinqdən montorinqə keçirməklə bağlı qərarı Türkiyəni Avropadan ayırmaq, eləcə də həm Türkiyə, həm də Avropada daha çox problemlərin yaranmasına istiqamətlənən addımdır. Lakin buna baxmayaraq AŞPA iclasında Türkiyənin nümayəndə heyətinin bəyanatları nəzərə alınmadıDeputat əlavə edib ki, Avropada ikilistandarlar bu dəfəki iclasda daha özünü biruzə verib: " Bu, onu göstərir ki, AŞPA böyük böhran içərisindədir. Bunun də səbəbi içərisində destruktiv, Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin olmasıdır. Belə ikilistandarların mövcudluğu nəinki bizə, eləcə də Avropada böyük təhlükə yaradır. Bütün bunlar Azərbaycan-Avropa, Avropa- Şərq, eləcə də Avropa-Türkiyə münasibətlərinə böyük ziyan vurur".

sia.az

Digər xəbərlər