PDF Oxu

Siyasət

  • 80

Hikmət Məmmədov: " Avropada Azərbaycan və Türkiyəyə qarşı münasibətlərdə islamafobiyanı görürük"

Hikmət Məmmədov: " Avropada Azərbaycan və Türkiyəyə qarşı münasibətlərdə islamafobiyanı görürük"

"Avropa strukturlarını, AŞPA-da daxil olmaqla Qərb imperializminin struktur vahidlər adlandırsaq, düşünürəm ki yanılmarıq". SİA-nın xəbərinə görə, bu fikirləri Milli məclisin depuatatı Hikmət Məmmədov Milli Məclisin plenar iclasında cari məsələlər müzakirə olunarkən deyib. Onun sözlərinə görə, Avropa strukturlarının son qərarlarını incələdikdə onların qərarlarında iki fəlsəfənin olduğunu görmək mümkündür: " Bunlara islamafobiya və ksenafobiya daxildir. Azərbaycana və Türkiyəyə qarşı münasibətlərdə islamafobiyanı görürüksə, digər ölkələrə qarşı ksenofobiyanı da görmək mümkündür. Bu baxımdan hər iki fəlsəfədən əziyyət çəkən yerli parlament nümayəndələri mübarizə aparmalıdırlar".Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini təqdirəlayiq hesab edən deputat qeyd edib ki, Avropada imperializm maşını var ki, onu dayandırmaq mümkün deyil: "Ötən il hədəf Türkiyə idi. Lakin Türkiyədə aparılan vaxtlı maarrifləndirmə işləri ağır nəticələrə gətirib çıxara biləcək məsələlərin qarşısını ala bildi".

sia.az

Digər xəbərlər