"Mən bütün konsertlərimdə türkün gücünü göstərmişəm. Türkün qolu bükülməz, Türkün beli əyilməz. Türkiyə kimi bir dövlətə Avropa Şurası qərəz nümayiş etdirir".SİA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib.Deputat bildirib ki, Azərbaycan parlamenti adından Avropa Şurasına müraciət ünvanlanmalıdır.Zeynəb Xanlarova Azərbaycan xalqını da Trükiyə əleyhinə olan qərəz və ədalətsizliyə qarşı etiraza səsləyib. "Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, Türkiyə ilə bağlı ədalətsizliyə etiraz etməlidir. Biz Türkiyədən ayrı deyilik"-deyə o qeyd edib.
sia.az