PDF Oxu

Siyasət

  • 476

Qürdət Həsənquliyev: "Türkiyə ilə bağlı qərarı qətiyyətlə pisləyirəm"

Qürdət Həsənquliyev: "Türkiyə ilə bağlı qərarı qətiyyətlə pisləyirəm"

"Bu gün Türkiyə haqsız hücumlara məruz qalır. Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi qərar da bunun bariz nümunəsidir". SİA-nı xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib. Avropanın öz dəyərlərini üstün tutduğunu deyən deputat qeyd edib ki, Türkiyəyə qarşı ədalətsiz mövqedə hansı dəyələrdən söhbət gedə bilər: "Təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən 8 dəfə çoxdur. Ancaq Türkiyə öz qapılarını bütün miqrantların üzərinə açıb, bir nəfərə belə "yox" deməyib. Əsl insani dəyərlər, qanun aliliyi və demokratiya məhz budur. Mən televiziyadan da izləyirəm, Avropada 30 dərəcə soyuq havada qaçqın qadınlar, uşaqlar küçələrdə qalırlar. Onların hamısı Qərbin yaratdığı müharibələrdən canlarını xilas etmək üçün Avropaya üz tutublar. O qaçqınların əksəriyyəti Suriyadan gələnlərdir. Suriyada müharibəni Türkiyə yaratmayıb, həmin Avropa yaradıb. Buna görə də mən burada çıxış edən deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Mən də Avropa Şurasının Türkiyə ilə bağlı məlum qərarını qətiyyətlə pisləyirəm".

sia.az

Digər xəbərlər