PDF Oxu

Siyasət

  • 378

Hikmət Babaoğlu: “Ölkəmiz dialoq məkanı kimi qlobal çağırışlara töhfə verir” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Ölkəmiz dialoq məkanı kimi qlobal çağırışlara töhfə verir” MÜNASİBƏT

"Hər şeydən öncə Bakıda keçirilən ümumdünya mədəniyyətlərarası dialoq forumu Azərbaycan Prezidentinin qlobal təşəbbüsü və qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu forumun tərəfdaşları UNESCO, İSESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlardır, o zaman biz bu forumun nə qədər əhəmiyyətli və nufuzlu bir tədbir olduğu haqqında daha düzgün qənaətə gəlmiş olarıq". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Forum 4 cü dəfədir ki təşkil olunur və burada mədəniyyətlər və sivilizasiyalararası gərginliklərinaradan qaldırılması, davaml inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün coxsaylı fikirlər səsləndirilir, ideyalar irəli sürülür: "Bütün bunlar əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha hümanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır. Forumda eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir. Şübhəsiz ki, bu Azərbaycan Prezidenti, cənab İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni kimponentlərindən biri kimi səciyyələndirilməlidir".

sia.az

Digər xəbərlər