PDF Oxu

Siyasət

  • 186

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümü qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümü qeyd olunub

Bu gün Muğam Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, Ombudsman Elmira Süleymanova və digər rəsmi şəxsləri, KİV iştirak edib.Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixində rolu" mövzusunda məruzə ilə çıxış edib.Asif Əsgərov Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıbdır. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyubdur.Nəsimi RİH başçısı əlavə edib ki, 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi olmaqla yanaşı, milil intibahımızın bünövrəsinin qoyulması, Heydər Əliyevin isə tarixə Milli intibahımızın banisi kimi adını həkk etməsi ilə səciyyələndi. Fenomenal uzaqgörənliklə respublikamızın həm mənəvi-iqtisadi mühitini, həm də insan resurslarını müstəqilliyə hazırlayan Ulu Öndər Heydər Əliyev sistemli bir şəkildə milli inkişafın əsas istiqamətlərini müəyyənləşdirərək məqsədyönlü, düşünülmüş tədbirlər həyata keçirib.Mərasimə bədii hissə ilə yekun vurulub.

sia.az

Digər xəbərlər