PDF Oxu

Siyasət

  • 187

"Hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyev irsini öyrənməlidir"

"Hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyev irsini öyrənməlidir"

YAP Yasamal rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Milli Məclisin deputatı Mirkazım Kazımov, elm adamları, partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin ucaldılan abidəsi önünə gül dəstələri düzüb, ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri T.Əhmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi tarixi xidmətlərdən və onun bütün bəşəriyyətə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, hələ sovet dövründə Azərbaycan xalqının milli şüur hisslərinin bərpasında, formalaşmasında Ulu Öndər Heydər Əliyev misilsiz xidmətləri var: "Ulu Öndər Heydər Əliyev həmin vaxt yeganə şəxsiyyət idi ki, Azərbaycanın müstəqil dövlət olacağını, xalqımızın azadlığa çıxacağını bilirdi. Buna görə də Onun atdığı bütün addımlar xalqımızın milli şüur hissinin oyanmasında, formalaşmasına, elmimizin, mədəniyyətimizin inkişafına xidmət edirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən ağır təlatümlərlə üz-üzə qaldıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində səriştəsiz, idarəçiliçk qabiliyyəti olmayan şəxslərin hakimiyyətdə olması Azərbaycanı yenidən təhlükə qarşısında qoydu. Onların atdıqları yersiz addımlar sayəsində yenicə əldə etdiyimiz müstəqilliyimizi itirirdik. Xocalı işğal olunanda Ayaz Mütəllibov xalqa demişdi ki, orada iki nəfər adam ölüb, niyə hay-haray salırsız. Halbuki sizlər yaxşı bilirsiz ki, Xocalıda nə qədər soydaşımız qətlə yetirilib, şiksət olub. Məhz Mütəllibovun bu sözündən ermənilər istifadə etdilər və bütün dünyaya car çəkdilər ki, guya ermənilər Xocalıda qətliamlar törətməyiblər, heç bir genosid həyata keçirilməyib. Ermənilər deyirdilər ki, Azərbaycan prezidenti Mütəllibov da etiraf edir ki, orada cəmi iki nəfər adam ölüb. Daha sonra ölkədə hakimiyyəti ələ keçirən qüvvələr millətimizi daha dərin xaosa sürüklədilər. Bu zaman dövlət büdcəsi yox idi, ölkədə hərc-mərclik baş alıb gedirdi. Faktiki olaraq Azərbaycanda kriminal durum hökm sürürdü, ölkəmizdə vətəndaş müharibəsi başlamışdı. Ermənilər də yaranmış bu acınacaqlı durumdan istifadə edərək rayonlarımızı ard-arda işğal edirdilər. Həmin vaxt Ulu Öndər Heydər Əliyevdən başqa elə bir tarixi şəxsiyyət yox idi iki, xalqı bu çətin vəziyyətdən çıxarsın. Əbülfəz Elçibəyin Ümummili Lider Heydər Əliyevə böyük rəğbəti var idi. Ulu Öndər portreti həmişə onun başının üstündə olub. Hər bir azərbaycanlı kimi o vaxt hakimiyyətdə olan şəxslər də gözəl başa düşürdülər ki, Ulu Öndər Heydər Əliyev yeganə nicat yoludur, yalnız O, xalqı bəlalardan xilas edə və dövlətimizin gələcək inkişafını təmin edə bilər. Ulu Öndərimiz ölkəmizdə dəfələrlə qırğınların qarşısını alıb. Dəfələrlə Ona sui-qəsdlər təşkil olunub. Ancaq heç vaxt Ulu Öndəri yolundan döndərmək mümkün olmayıb. Hər bir azərbaycanlı Heydər Əliyev irsini öyrənməli, onun həyat və fəaliyyəti haqqında ətraflı bilgilər əldə etməlidir ki, dövlətimizə, dövlətçiliyimizə daha mükəmməl şəkildə xidmət edə bilsinlər. Xalqa, dövlətə kömək etmək üçün, mütləq Ulu Öndər Heydər Əliyev məktəbini öyrənmək lazmdır".

Tədbirdə YAP Yasamal rayon təşkilatının yeni üzvlərinə partiya vəsiqələri təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub.

sia.az

Digər xəbərlər