PDF Oxu

Siyasət

  • 343

Gəncədə Ulu Öndərin ildönümünə həsr olunmuş bilik və idman yarışlarına start verilib

Gəncədə Ulu Öndərin ildönümünə həsr olunmuş bilik və idman yarışlarına start verilib

Gəncədə şəhər icra hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə yarışları keçirilir. Ali və orta ixtisas məktəblərinin YAP üzvü olan gənclərindən ibarət komandalar 1 həftə ərzində "Heydər Əliyev irsini öyrənirik" adlı bilik yarışında, "Futzal", "Şahmat" "Stolüstü tennis" türnirlərində bilik və bacarıqlarını sınayacaqlar. İlkin olaraq, "Şahmat" turnirinə start verilib. Turnirdə hər birində 6 nəfər olmaqla 4 komanda iştirak edib.

Turnirin açılışında YAP Gəncə şəhər təşkilatı təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov çıxış edərək, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıb.

YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Turan Məmmədzadə birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib, gənclərə uğurlar arzulayıb. Gəncə Şahmat Məktəbinin direktoru Asif Həsənov turnirin baş hakimi kimi Azərbaycanda müxtəlif səviyyəli mötəbər şahmat turnirlərinin keçirilməsindən, idmançılarımızın bu yarışlarda qazandığı uğurlardan danışıb.

Sonra komandalar arasında püşk atılıb, rəqiblər müəyyənləşdirilib. Yarışlar FİDE qaydalarına uyğun olaraq keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda GDU komandası I, ADAU komandası II yerə, Gəncə Musiqi Kollecinn komandası III yerə layiq görülüb.

RÖVŞƏN

Digər xəbərlər