PDF Oxu

Siyasət

  • 189

Azərbaycanın sabit inkişaf modelinin QURUCUSU

Azərbaycanın sabit inkişaf modelinin QURUCUSU

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

YAP Ağcabədi rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən, silsilə görüşlər konfransları elmi-praktiki seminarlar keçirilir. YAP üzlərinin, gənclərin və məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilib, YAP ərazi təşkilatlarının hər biri 94 həmişəyaşıl ağac əkmək barədə təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında iştirak edib. Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği qrupu ilk təşkilatlarda seminarlar keçirir, hər gün axşam saatlarında Heydər Əliyev meydanında quraşdırılmış monitorda Ulu Öndərin həyat və fəaliyyəti barədə slayd və filmlər nümayiş etdirilir.

Ağcabədi rayon məktəbliləri arasında "Dünyanı heyrətə salan insan" mövzusunda inşa müsabiqəsi, məktəblilər arasında atıcılıq və bədii qiraət müsabiqələri başa çatıb, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə turnir, məktəblilər arasında şahmat turniri davam edir.

Tədbirlər planına müvafiq olaraq, məktəblilər arasında rəqs müsabiqəsi və komandalar arasında intellektual oyun müsabiqələrinin keçirilməsi də nəzərdə tutulub. Keçirilən yarış və müsabiqələrin qalibləri YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

ZÜMRÜD

Digər xəbərlər