PDF Oxu

Siyasət

  • 165

Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsi, bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsi, bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində "Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi" mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov seminarın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini, bu cür tədbirlərin Heydər Əliyev irsinin, Ümummilli Liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olmasını qeyd edib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin, bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını və sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasını qeyd edib.

Çıxışlarda seminar iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmiş ali diqqət və qayğı haqqında ətraflı məlumat verilmiş, interaktiv təqdimat formasında Ulu Öndərin sərhədçilərlə görüşləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyyələri nümayiş etdirilib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının formalaşdırılması sayəsində Azərbaycan sərhədçilərinin xidməti fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə 32 dəfə səfər etməsi, bu rəqəmin təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən ali diqqət və qayğının göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymət olması xüsusi qeyd olunmuş və həmin səfərlər barədə interaktiv təqdimat nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərhəd mühafizəsi sahəsində islahatlara ali dəstəyi sayəsində Dövlət Sərhəd Xidmətinin 14 hərbi hissə kompleksinin, 658 xidməti binanın inşa edilməsi, 130 min 191 nəfər sərhəd və rejim pozucusunun, 24 min 259 nəfər axtarışda olan şəxsin saxlanılması, təxmini dəyəri 106 milyon manat olan qaçaqmalın, 4 ton narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısının alınması, 385 ton narkotik mənşəli bitki kolunun aşkar olunması, xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 90 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində 81 şəxsin saxlanılması, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən, narkotik qaçaqmalçılığı ilə məşğul olan 123 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə seminar iştirakçılarına məlumat verilib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər