PDF Oxu

Siyasət

  • 275

Ümummilli Lider Heydər Əliyevin ən böyük abidəsi xalqın qəlbindədir

Ümummilli Lider Heydər Əliyevin ən böyük abidəsi xalqın qəlbindədir

Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilarının qərargahında Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilarının qərargahında Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Elmi-praktiki konfransı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalq və dövlət üçün gördüyü əvəzsiz xidmətlərindən bəhs etmişdir. Konfransda YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov "Böyük şəxsiyyətləri tarix yetişdirir", Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Sevinc Sədullayeva "Azərbaycan tarixində Heydər Əliyev zirvəsi", YAP Xaçmaz rayon təşkilatının şura üzvü rayon Ağsaqqallar Şurasının sədri Əli Mustafayev "Yeni Azərbaycanın Qurucusu" mövzularında məruzə ilə çıxış etmişlər.

Konfransda YAP Xaçmaz rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin ənəkdaşlarının Ulu Öndərə həsr olumuş şeirləri dinlənildi.

Sonda YAP Xaçmaz rayon təşkilatı ilə rayon təhsil şöbəsi birgə keçirdikləri Ulu Öndərin 94-cü ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin diplom və qiymətli hədiyyələrlə mükafatlandırılması ilə başa çatdı.

Rəfiqə

Digər xəbərlər