Dünən Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı gənclər birliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə "Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları, ilk olaraq YAP Kürdəmir rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının şura üzvü, YAP rayon təşkilatı aparatının baş məsləhətçisi Məhəmməd Heydərli bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıb: "Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını daim önə çəkib. Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Çıxışçılardan gənclər birliyinin şura üzvü, şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov, şəhər 3 saylı tam orta məktəbin müəllimi Şəfəq Şirəliyeva, fəal gənc Rauf Abuşov, şəhər 1 saylı tam orta məktəbin müəllimi Günel Cəfərova Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsindən və təhsilə olan qayğısından danışıblar.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək, qeyd edib ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb: "Bu gün Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər, həyata keçirilən və Azərbaycanımızı bütün dünyaya tanıtdıran bütün işlər Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin parlaq təcəssümüdü".
Samir Feyruzov