PDF Oxu

Siyasət

  • 74

Xocalı Soyqırımının tanınmasına dair petisiyanı dəstəkləyək

Xocalı Soyqırımının tanınmasına dair petisiyanı dəstəkləyək

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlamışdır. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanmışdır.

Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırımı kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında sözügedən soyqırımına baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

9 milyonluq əhali üçün 200 min imzanı 6 ay ərzində toplamaq qəliz məsələ deyil, əksinə, məqsədə daha tez nail oluna bilər.

Azərbaycan vətəndaşlarını aşağıdakı linkə daxil olaraq petisiyanı dəstəkləməyə (imzalamağa) çağırırıq. https://www.change.org/p/%D0%B3%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%B4%D1%83%D0%BC%D0%B0-%D1%84%D1%81-%D1%80%D1%84-%D0%BF%D1%80%D0%B8%D0%B7%D0%BD%D0%B0%D1%82%D1%8C-%D0%B3%D0%B5%D0%BD%D0%BE%D1%86%D0%B8%D0%B4-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2-%D0%B2-%D1%85%D0%BE%D0%B4%D0%B6%D0%B0%D0%BB%D1%8B-25-26-%D1%84%D0%B5%D0%B2%D1%80%D0%B0%D0%BB%D1%8F-1992-%D0%B3%D0%BE%D0%B4%D0%B0

"Qafqaz Tarixi Mərkəzi" Təşkilatı

Digər xəbərlər