Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Daşkəsən rayon icra hakimiyyəti və YAP -ın rayon təşkilatının birgə təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində konfransları təşkil olunmuşdu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha Ulu Öndərə olan xalq sevgisini və məhəbbətini nümayiş etdirmişlər.
Dünən rayon icra hakimiyyətinin başcısı Əhəd Abıyevin və YAP Daşkəsən rayon təşkilatının fəallarının, aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə əklil və gül dəstələri qoyuldu, Ümummilli Lider böyük ehtiramla yad edildi.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmə və eksponatlara baxış keçirmişlər. Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Dahi Lider haqqında geniş və dərin məzmunlu nitq söyləmış, müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bü gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən bəhs etmişdir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin memarı kimi fəaliyətindən bəhs etmiş, Ümummilli Liderin Azərbaycan qədər əbədi olacağına əminliklərini ifadə etmişlər.
RƏFİQƏ