PDF Oxu

Siyasət

  • 262

"Heydər Əliyev və Azərbaycan mədəniyyəti"

"Heydər Əliyev və Azərbaycan mədəniyyəti"

Bu mövzuda YAP Yevlax şəhər təşkilatında elmi-praktik konfrans keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatı və Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı elmi-praktik konfrans keçirilib.

Tədbiri Yevlax şəhər Mədəniyyət Mərkəzinin drektoru Eldəniz Mustafayev açaraq, tədbirin məqsədi haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış keçirilib. Sonra Bərdə regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Rafiq Məmmədov "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrfında Eldəniz Mustafasyev, Seymur Novruzov, Aidə Nəbiyeva və digərləri çıxış edərək Dahi Öndər Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdılar.

Tədbirdə YAP Yevlax şəhər təşkilatının sədr müvini, aparat rəhbəri Əli Quliyev çıxış edərək bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də, gənclərin vətəndaşlıq borcudur: "Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq, öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Dahi Öndər Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Ulu Öndər Heydər Əliyev arzularının təzahürüdür".

Sonda partiya sıralarına yeni qoşulmuş bir qurup gənc mədəniyyət işçilərinə partiya üzvlük vəsiqələri təqdim edildi.

RƏFİQƏ

Digər xəbərlər