PDF Oxu

Siyasət

  • 305

“Heydər Əliyev irsi və İslam həmrəyliyi”

“Heydər Əliyev irsi və İslam həmrəyliyi”

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə dini icmalar arasında "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövuzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə DQİDK, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, dini icma rəhbərləri və üzvləri, eləcə də ziyalılar və gənclər iştirak ediblər.Müsabiqəyə əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənmnəsi, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, o cümlədən Azərbaycan dövlətinin İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr göndərilib.Tədbiri giriş sözü ilə açan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqindəki misilsiz rolu barədə məruzə edib.Sonda müsabiqənin nəticələri elan edilib və qaliblər mükafatlandırılıb.

sia.az

Digər xəbərlər