"Mədəniyyətlərarası diloqun inkişafı; İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumidünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini başa çatdırıb. Bu Forumun Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında Mədəniyyətlərarası dialoqun inkişafına böyük dəstək verdiyini və bu prosesə sadiqliyini aydın şəkildə nümayiş etdirdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.Onun sözlərinə görə, Azərbaycan tərəfinin təklifi ilə ilk dəfə olaraq Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər görüşü keçirilib: "Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respblikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva işrirak ediblər. Prezident İlham Əliyev açılış mərasimindəki nitqində qeyd edib ki, bu Forum artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrilib.Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox QHT-nın nümayyəndələri ümumilikdə 800-dən çox xarici nümayyəndə iştirak edib. Bura yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər, 30-dan çox nazir daxildir. İlk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbərləri səviyyəsində eyni tədbirdə iştirak edib və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Bu Forum YUNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO nun tərəfdaşlığı ilə təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. Prezident İlham Əliyev ənablarının 4 noyabır 2008-ci il tarixli Sərəncamına uyğyn olaraq həmin ilin dekabrın 2 -3 də Bakıda Avropa Şurası üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Bu konfransla "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib.Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki bu tədbir "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur. Artıq "Bakı prosesi" dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib. Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayyəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar. Forumda ümumilikdə 40-dan çox sessiya və tədbir keçirilib. Bu sesiyalarda dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlər arası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Bu Forum göstərdiki "Bakı prosesi" getdikcə daha geniş məsələləri əhatə edir, beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı artır. Bu onu göstərir ki dünyanı narahat edən problemlərin dinc yolla, danışıqlar yolu ilə, müzakirələ həlli yollarını tapmaq mümkündür. Dünyada buna inanan qüvvələr daha çoxdur. Azərbaycanın bir dövlət kimi bu proseslərin fəal iştirakısı, təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artırır. Bu belə də davam edəcək".
sia.az