PDF Oxu

Siyasət

  • 211

"Heydər Əliyev 94"

"Heydər Əliyev 94"

Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatı

bu deviz altında şahmat turniri və inşa yazı müsabiqəsi keçirib

Dünən Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə silsilə tədbirlər davam edir. Ulu Öndər Heydər Əliyevin 94 illiyi münasibəti ilə məktəblilər arasında ümumşəhər Şahmat Turnirinə İnşa Yazı Müsabiqəsinə yekun vurulmuşdur. Ənənəvi olaraq, artıq neçə ildir ki, YAP Yevlax şəhər təşkilatı bu çempionatı və müsabiqəni təşkil edir. Hər iki yarışda Yevlax şəhər məktəbliləri öz bilik və bacarıqlarını sınayırlar. Şahmat çempionatda iki yaş qrupunda 110 nəfərdən artıq məktəbli öz qüvvəsini sınamışdır. Yarışlar İsveç sistemi ilə keçirilib.

Tədbirdə YAP Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən danışıb, Onun idmana qayğısı haqqında geniş məlumat verib. Natiq Ümummilli Lider Heydər Əliyevin əsasının qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, partiyanın Sədri, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusilə nəzərə çatdırdı.

Sonra YAP Yevlax şəhər təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova yarış iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Ümummilli Lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Ümummilli Lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə bir töhfədir".

Yekunda qaliblər YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunublar.

RƏFİQƏ

Digər xəbərlər