PDF Oxu

Siyasət

  • 129

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq silsilə görüşlər, konfranslar, elmi-praktiki seminarlar keçirilir. YAP üzlərinin, gənclərin və məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilib, YAP ərazi təşkilatlarının hər biri 94 həmişəyaşıl ağac əkmək barədə təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında iştirak ediblər. Bütün bunlarla yanaşı, hər gün axşam saatlarında Heydər Əliyev meydanında quraşdırılmış monitorda Ulu Öndərin həyat və fəaliyyəti barədə slayd və filmlər nümayiş etdirilir.

Keçirilən tədbirlərin davamı olaraq, YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə daha bir tədbirə yekun vurulub. Komandalar arasında keçirilən intellektual oyun müsabiqəsində şəhər 12 saylı məktəbin "Uğur" komandası I yeri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Gənc" istedadlar komandası II yeri, şəhər 11 və 8 saylı tam orta məktəblərinini komandaları III yerə layiq görülüblər.

Qaliblər YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

ZÜMRÜD

Digər xəbərlər