Ulu Öndər Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan olmazdı
Dünən Dövlət Gömrük Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək bildirib ki, müasir Azərbaycanın bütün sahələr üzrə inkişafı dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən, ölkəmizdə böyük istehsal müəssisələri yaradılıb, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə böyük inkişafa nail olunub.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən və müasir Azərbaycanın memarı kimi atdığı addımlardan danışıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev xalqımıza zəngin və əhəmiyyətli irs qoyub. Bu elə bir irsdir ki, daim öyrənməli, araşdırmalı və gələcək nəsillərə çatdırmalıyıq: "Hələ sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik etməsi ilə dövlətimizin sürətli və uzunmüddətli inkişafının əsası qoyuldu. Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi əvəzolunmaz addımları, müdrikliyi və fədakarlığı ilə bütün dünya azərbaycanlılarının liderinə çevrilib. Əsasını Ümummili Liderimiz qoyan inkişaf strategiyamız bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Samir