PDF Oxu

Siyasət

  • 64

"Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın uğurudur" AÇIQLAMA

"Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın uğurudur" AÇIQLAMA

"Ölkəmizdə beynəlxalq konfransların, tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu əlbəttə ki, Azərbaycanın uğuru, nailiyyəti eləcə də dünya səviyyəsində tanınması və qəbul edilməsi deməkdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyb.Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bizim üçün şərəfli olsada həm də üzərimizə böyük məsuliyyət, cavabdehlik qoyur: "Bu cür təbirlər ildən -ilə ölkəmizə gələnələrin sayını artırır. Bu da ölkəmizə marağın, diqqət mrkəzində olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycana dünyada etibar, inam böyükdür. Çünki ölkəmiz tolerantlığın, sabitliyin, millətliliyin , suverenliyin ünvanıdır. Azərbaycana gələnlər təbii ki bütün bunları öz gözləri ilə görür, buna şahid olurlar. Bu da ölkəmiz üçün böyük divident, uğur və başucalığıdır". Millət vəkili qeyd edib ki, əgər Azərbaycanın 20 faiz torpaqlarının 25 ildir ki, mənfur düşmən tapdağı altında olduğunu nəzərə alsaq, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ölkə həqiqətlərimizin tanıdılması baxımında da çox önəmlidir: "Düşmən təkcə topaqlarımızı işğal etməyib, vətəndaşlarımız yalnız qaçqın və məcburi köçkün vəziyyətində deyil, mənfur qonşumuz eyni zamanda bütün dünyada anti-Azərbaycan təbliğatı aparmaqla bizə qarşı olan inam və etibarı azaltmağa çalışır. Lakin beynəlxalq tədbirlərin keçirilməsi ilə dünya insanının, vətəndaşlarının xüsusilə də öz ölkəsində söz sahibi olan şəxslərin gəlib Azərbaycan həqiqətlərini gözləöri ilə görməsi birbaşa erməni siyasətinə, təbliğatına vurulan ən böyük zərbədir. Bu, Azərbaycanın böyük qələbəsidir".

sia.az

Digər xəbərlər