PDF Oxu

Siyasət

  • 191

"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir" MÜNASİBƏT

"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir" MÜNASİBƏT

"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunu göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Bir neçə gün bundan öncə ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna artıq IV dəfə ev sahibliyi etdiyini xatırladan millət vəkili söyləyib ki, həmin gələnlərin ildən-ilə artması, digər ölkələrin dövlət başçılarınının bu tədbirlərə qatılması Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərin dünyada böyük maraq doğurduğunu göstərir: "Azərbaycan çağırış etdiyi məsələlərə dair özünün nümunəsini ortaya qoyur. Azərbaycan bu gün tolerantlığın, multikultural dəyərlərin qorunması, beynəlxalq hüququn hörmətlə yanaşılmasının təcrübəsini ortaya qoyur. Ölkəmiz bü gün müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkandır. Bu bizim dövlətçiliyimizin möhkəmlənməsi, bir dövlət kimi inkişaf etməyimizə ciddi təsir edir".A. Mirzəzadə əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm ölkəmizin dünyada daha da yaxşı tanınmasına, həm də ölkəmizə olan marağın genişləndirilməsinə xidmət edir.

sia.az

Digər xəbərlər