Dünən Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbirlər keçirilib. Tədbirdən öncə iştirakçılar şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Yevlax şəhər icra hakimiyyəti tərəfindən kütləvi iməcilik və ağacəkmə kampaniyası təşkil olunub. Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının gənc fəallarının iştirak etdiyi ağacəkmə kampaniyasında şəhərin Heydər Əliyev prospekti, Bakı Prospekti (İpək Yolu ətrafı) Yevlax- Bərdə yolu istiqamətində 1150 ədəd şam, çinar ağacları, 6000-dən çox lüqustur və gül kolları əkilib, 15000-dən artıq yeni əkilmiş mövcud olan ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Şəhərətrafı və Kür çayı sahili, İpək Yolu ətrafı atılmış tullantılardan təmizlənmiş ot örtüyü biçilərək, sahmana salınıb. Ümumilikdə, 1200 nəfərdən artıq könüllü kampaniyada iştirak edib. Yekunda YAP Yevlax şəhər təşkilatının elan etdiyi inşa yazı müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.
Samir