PDF Oxu

Siyasət

  • 105

Qələbənin 72-ci ildönümü Suraxanıda qeyd olunub

Qələbənin 72-ci ildönümü Suraxanıda qeyd olunub

1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 72-ci ildönümü Suraxanı rayonunda geniş qeyd olunub. 9 May - Qələbə Günü münasibəti ilə rayonun bütün qəsəbələrində rayon rəhbərliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli tədbirlər keçirilib, abidə komplekslərinin önünə tər güllər qoyulub.

Ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Hövsan qəsəbəsində yerləşən "1941-1945" abidə kompleksinin əsaslı təmir və bərpa işlərindən sonrakı vəziyyəti ilə tanış olub və abidə önünə tər güllər düzüblər. Bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri, eləcə də, hər birimiz üçün bu gün əzizdir: "Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərdiyini qeyd edərək, müasir dövrümüzdə bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşdığını bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Böyük Vətən müharibəsinin ağrı-acılarına nəzər salaraq, Azərbaycan xalqının bu savaşdakı rolunu vurğulayıb və bu gün müharibə iştirakçısı olan veteranlara dövlət qayğısının olduğunu bildirib.

Sonra 118 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş etdirilib.

Tədbir iştirakçıları daha sonra Qaraçuxur qəsəbəsində yerləşən "Vətən şəhidləri unudulmur" abidəsinin önünə gül dəstələri düzüb və tədbir "Aura" Şadlıq Evində davam etdirilib. Müharibə veteranları ilə görüşdə Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qələbənin 72-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Çıxış edən veteranlar döyüş xatirələrini söyləyib, onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər