PDF Oxu

Siyasət

  • 1 596

Unudulmaz Lider

Unudulmaz Lider

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbir keçirilib

Laçın rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.

Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri tərəfindən Laçın RİH qarşısında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. Tədbiri rayon RİH başçısı Aqil Nəzərli açaraq, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. A.Nəzərli giriş nitqində dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini bildirib.

Sonra tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini tərəfindən Ümummilli Lideri Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu əks etdirən geniş məruzə ətrafında çıxışlar dinlənilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə rayon icra hakimiyyətində tərtib edilmiş tədbirlərə, planına uyğun olaraq, rayonun yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin, habelə, məktəblilər və gənclər arasında keçirilən futbol və voleybol yarışlarının qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr verilib, Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa tamaşa edilib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər