PDF Oxu

Siyasət

  • 168

Naftalanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Naftalanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Dünən müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Naftalan şəhərində təntənəli surətdə qeyd edildi. Xalqımızın xilaskar oğlunun doğum günündə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, eləcə də, şəhərə istirahətə və müalicəyə gələn qonaqlar Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Sonra Heydər Əliyev adına meydanda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıldı.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik ənənələrimizin bərqərar olmasında, azərbaycançılıq məfkurəsinin formalaşmasında apardığı uğurlu faəliyyətdən bəhs edib: "1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı, məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı, məhz Ulu Öndər siyasətini dəstəkləyir.

Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilmiş və məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı kompozisiya səsləndirilmişdir.

Sonra Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib.

ZÜMRÜD

Digər xəbərlər