Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışanlar, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə dislokasiya olunmuş hərbi hissənin əsgər və zabitləri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, rayon ictimaiyyətinin çoxsaylı üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Ümumrayon tədbirinin iştirakçıları. ilk öncə, Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun xatirəsini böyük ehtiramla yad ediblər.
Mərkəzi meydanda yerləşdirilmiş geniş ekranlı monitorda Ulu Öndərin həyat və fəalliyyətindən bəhs edən video-çarxlar nümayiş etdirilib.
Tədbir rayon ərazisində iməcilik və ağacəkmə kampaniyası ilə davam etdirilib və rayon ictimaiyyəti bu kampaniyada yaxından iştirak edərək, müxtəlif növ fidan və ağacları əkməklə yanaşı, əraziləri tullantılardan təmisləyərək, digər ekoloji tədbirləri də həyata keçiriblər.
AFƏT