Dünən YAP İsmayıllı rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açaraq, qeyd edib ki, Dahi Öndər Heydər Əliyevin dövlətimizin inkişafı, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı uzaqgörən siyasət bu gün də öz bəhrəsini verməkdədir. Əldə olunan yüksək göstəricələrin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən bu əsas üzərində daha böyük uğurlar əldə edilir.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri əhalinin sosial rifah halını yüksək səviyyəyə çatdırmaq, ölkəmizi dünyanın inkişaf etmiş dövlətinə çevirməkdir.
Tədbirdə daha sonra veteran partiya üzvləri Yaşar Nuriyev və YAP İsmayıllı rayon təşkilatının sədr müvini Rüstəm Səmədov çıxış ediblər.
Tədbirin sonunda bir qrup gəncə partiya üzvlük vəsiqələrini YAP veteranları Mirdaməd Sadıqov, Sevil Əhmədova, Gözəl Osmanova, Məhərrəm Əhmədov və Rüstəm Səmədov təqdim ediblər.
NƏZAKƏT