"Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının məhz ölkəmizdə keçirilməsi Azərbaycanın bir ölkə kimi nüfuzunun artmasına səbəb olub". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, bu gün Azərbaycan bir çox beynəlxalq oyunların mərkəzinə çevrilib: "Artıq belə yarışların Bakıda keçirilməsi ənənə halını alıb. Bakı bu gün dostluğun və birliyin rəmzinə çevrilib.Hesab edirəm ki, Oyunlar azərbaycanlılar və müsəlman xalqları arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçəcəyi zamanda bu, bizim lehimizə işləyə bilər".
sia.az