PDF Oxu

Siyasət

  • 160

"Gürcüstan iqtisadiyyatının formalaşmasında Azərbaycanın böyük rolu var" AÇIQLAMA

"Gürcüstan iqtisadiyyatının formalaşmasında Azərbaycanın böyük rolu var" AÇIQLAMA

"Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, bu münasibətlərin iqtisadi müstəvidə genişləndirilməsi üçün böyük potensial mövcuddur: "Gürcüstan kommunikasiya xətləri üzərində yerləşdiyinə görə, bundan müəyyən müavinətlər və dividentlər əldə edir. Bu, Azərbaycanın beynəlxalq bazarlara təhlükəsiz çıxışını təmin etməklə yanaşı, Gürcüstanın iqtisadiyyatına böyük gəlirlər gətirir. Azərbaycan regionda bir sıra layihələr həyata keçirməklə Gürcüstanın infrastrukturunun yenilənməsində yaxından iştirak edir və əməkdaşlıq üçün yeni istiqamətlər təyin edir. İqtisadiyyat nazirimizin Gürcüstanın səfiri ilə görüşündə də Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb, nəqliyyat, tranzit, sənaye, turizm, İKT və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Bu dostluğun və əməkdaşlığın möhkəmlənməsi və inkişafı ölkələrimizə gələcəkdə böyük fayda verəcək".Azər Badamov daha sonra qeyd edib ki, Gürcüstan iqtisadiyyatının formalaşmasında Azərbaycanın böyük rolu var: "Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Hər bir halda artıq region dövlətləri siyasi və iqtisadi əlaqələr qurarkən Azərbaycanın dünya birliyində oynadığı rolu, sürətli inteqrasiyasını nəzərə alır, Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş dövləti olaraq Azərbaycanla hesablaşırlar. Azərbaycan regional problemlərin həllində siyasi oyunçuya çevrilir və qaydaları müəyyən edir".

sia.az

Digər xəbərlər