PDF Oxu

Siyasət

  • 1 049

Azərbyacan bütün dünya üçün ən təhlükəsiz və əhəmiyyətli coğrafiyadır

Azərbyacan bütün dünya üçün ən təhlükəsiz və əhəmiyyətli coğrafiyadır

İlham Əliyev: "Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir"

Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu, həmin vaxt idi ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini əldə etmiş Azərbaycan ən ağır günlərini yaşayırdı, xaos bütünlükdə dövləti bürümüşdü.

Qısası, XX əsrin 90-cı illlərinin əvvəlləri Azərbaycan tarixinin ən ağır dövrlərindən birini yaşayırdı. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə Qayıdışı ilə xalqımız əsl Milli Qurutuluş əldə etdi. Ulu Öndərimiz Azərbaycanı ən inkişaf etmiş dövlətlərdən birinə çevirdi, ölkəmizin gələcək inkişaf stretagiyasını müəyyənləşdirdi. Bu siyasət bu gün də Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Bu gün Azərbyacan bütün dünya üçün ən təhlükəsiz dövlətdir. Ona görə də dünyanın mötəbər təşkilatları, böyük dövlətləri qlobal əhəmiyyətli tədbirlərin və konfransların Azərbyacanda keçirilməsini təqdir edirlər. Təəssüflər olsun ki, bütün dünyanı sülhə və barışa səsləyən Azərbaycanın torpaqları hələ də ermənilərin işğalı altındadır. Təbii ki, Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu ermənilər kimi bütün dünya bilir və dərk edir. Təsadüfi deyil ki, bir sıra təşkilatlar Qarabağın işğaldan azad olunması ilə bağlı müvafiq qərarlar, qətnamələr qəbul ediblər. Hər bir azərbaycanlı bilir ki, erməni vandalizmi əbədi davam edə, torpaqlarımız uzun müddət işğal altında qala bilməz. Biz bunu 2016-ci ilin aprel ayında sübut etdik və düşmənləri böyük itkiyə məruz qoymaqla gücümüzü nümayiş etdirdik. Eyni zamanda, işğalçı dövlətin nə qədər cılız, gücsüz bir dövlət olduğuna şahidlik etdik. Hər kəs əmin olmalıdır ki, Azərbyacan tezliklə öz torpaqlarını düşmən tapdağından azad edəcəkdir. Bunu dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan dəfələrlə bildirmişdir.

Əli Kərimli ötən ilin aprel əməliyyatları zamanı ermənilərin məğlubiyyətindən dərin məyusluq hissi keçirdiyini öz ətrafına dönə-dönə xatırladır

Böyük inkişaf yolu keçən, bu gün dünyanın ən sürətli inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi-siyasi gücünü qısqanan mənfur qüvvələr də vardır. "Beşinci kolon" adlanan bu mənfur ünsürlər vaxtilə Azərbaycan xalqının dirsək göstərdiyi şəxslərdirlər. Vaxtilə torpaqlarımızı ermənilərə peşkəs edən, bu gün isə rəhbərlik etdikləri partiyaları erməni pulu ilə "dolandıran" bu şəxslər ölkəmizi yenidən ağır duruma salmaq üçün hər cür çirkin vasitə üsuldan istifadə etməkdən çəkinmirlər. Xüsusilə də, AXCP və Müsavat partiyalarının Avropada fəaliyyət göstərən erməni lobbi təşkilatlarından maliyyə yardımları alması heç kimdə şübhə doğurmur. Bu günə qədər İsa Qəmbərin, Əli Kərimlinin və digər bu qəbildən olan şəxslərin ermənilərlə işbirliyini sübut edən kifayət qədər faktlar açıqlanıb, bu mənfur, anti-milli şəxslər böyük ictimai qınağa tuş gəliblər. Lakin heç bir nəticə çıxarmayaraq, anti-Azərbaycan əməllərini davam etdiriblər. Hətta bunu çəkinmədən ediblər. 2016-cı ilin sentyabr ayının 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsirilə bağlı dinləmələr keçirilmişdi. AXCP sədri Ə.Kərimlinin oğlu Türkel Kərimli Azərbaycana qarşı keçirilən bu dinləmələrdə işğal edilmiş torpaqlarımızda yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanla birgə eyni mövqedən çıxış etmişdi.

Bu gün Ə.Kərimli Ermənistanda yaşayan terrorçu Əlikram Hümbətovla olan əlaqələrini etiraf edir və ötən ilin aprel əməliyyatları zamanı ermənilərin məğlubiyyətindən dərin məyusluq hissi keçirdiyini öz ətrafına dönə-dönə xatırladır. Milli Məclisin üzvü ikən iqtidarın apardığı uğurlu siyasəti özündə əks etdirən kitablar, məqalələr yazan, deputat mandatını itirməklə əsl anti-Azərbaycan xislətini büruzə verən Cəmil Həsənli ilə eyni qurumda-"Milli Şura"da "birləşərək" mitinqlər keçirmək şousu ilə də heç kimi aldatmaq olmaz. Xalq sizləri çox yaxşı tanıyır. Vaxtilə xalqın qovduğu şəxslər bu gün hansı üzlə özünü "lider" kimi görə bilirlərsə...Məsələ bundadır ki, bu şəxslər ildə cəmi iki dəfə-yazda və payızda "demokrat" olurlar, mitinqlər keçirmək qərarı verirlər. 200-300 adamın iştirak etdiyi bu mitinqlərlə öz şəxsi maraqlarını, anti-Azərbaycan planlarını reallaşdıracaqlarına inanan bu şəxslər özlərini gülünc duruma salırlar. Ölkəmizdə İslam Həmrəliyi Oyunlarının keçirildiyi bir ərəfədə cəmiyyətə çaşqınlıq yaratmağa cəhd etmək, əsassız məlumatlar yaymaq bunların hansı xislətə malik olduqlarını sübut edir. Bu, həm də açıq şəkildə erməni dəyirmanına su tökməkdir. Təsəvvür edin ki, bu gün bütün dünyanın diqqəti ölkəmizdədir, böyük tolerant dövlət kimi Azərbaycan çox böyük bir tədbirə ev sahibliyi edir. Bəs özlərini "demokrat" adlandıran dağıdıcı müxalifət rəhbərləri nə işlə məşğuldurlar? Ermənilərdən aldıqları tapşırıqlarla ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar, xarici ölkə vətəndaşlarına yersiz, heç bir əsası olmayan məlumatlar verməklə ermənipərəst mövqe nümayiş etdirirlər.

"Ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" və xüsusilə, bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar"

Azərbaycan xalqı müdrik xalqdır! Müstəqil dövlətimizi sarsıtmaq və gücümüzü zəiflətmək isə heç kimin gücü daxilində deyil. Çünki Azərbaycanın güclü ordusu və böyük iqtisadiyyatı vardır! Ən əsası Azərbaycanda böyük və yenilməz siyasi iradə mövcuddur. Heç bir qüvvə xalq-iqtidar birliyinə xələl gətirə, əldə etdiyimiz böyük və tarixi nailiyyətlərə kölgə sala bilməz. Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir".

İstər daxili, istərsə də xarici düşmən qüvvələr bizi öz əqidəmizdən, inkişaf yolumuzdan və haqlı mövqeyimizdən döndərə bilməz. Bu gün özlərini "demokrat" adlandıran "milli" satqınların da bütün məkrli niyyətləri ürəklərində qalacaqdır. Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönül siyasət dövlətimizə daha böyük güc gətirəcək, xalqımızın firəvanlığını daha da yaxşılaşdıracaq və torpaqlarımız işğaldan tamamilə azad olunacaqdır. Bunu mənfur antimilli qüvvələr də gözəl başa düşürlər və ona görə də Azərbaycanın gücün həzm edə bilmirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə dövlət başçısı demişdir: "Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" və xüsusilə, bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda, oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, ordumuzu ləkələsinlər. Bizim ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə Onun davamçılarıyıq, bu yolla gedirik və ordumuz üçün nə lazımdırsa, onu da edəcəyik".

Samir

Digər xəbərlər