PDF Oxu

Siyasət

  • 94

Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş iməcilik keçirilib

Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş iməcilik keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 ildönümünə həsr olunmuş tədbirlər paytaxtın Səbail rayonunda xüsusi təntənə ilə keçirilib. Səbail rayon icra hakimiyyətindən "SƏS"ə daxil olan məlumata görə, əlamətdar günlə bağlı ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb və yeni ağaclar əkilib.

Ulu Öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən "Şıx" ərazisindəki yamacda salinan "Ekoloji park"ın ərazisində və Badamdar qəsəbəsindəki Zeytun bağında rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilib.

Keçirilən iməcilikdə, ümumilikdə, 1200 ədəd zeytun ağacı əkilib, əlavə olaraq, əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Parkin yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə, Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin töhfəsi olacaqdır. Eyni zamanda, Səbail RİH-in təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilib, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin ad günü ilə bağlı həyata keçirilən abadlıq-yaşıllaşdırma işləri əbədiyaşar liderin təbiətə, gözəlliyə olan sevgisi, Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə olub.

RƏFİQƏ

Digər xəbərlər