PDF Oxu

Siyasət

  • 113

Azər Həsrət: “Oyunların açılışı Azərbaycanın mövqelərini möhkəmləndirəcək” AÇIQLAMA

Azər Həsrət: “Oyunların açılışı Azərbaycanın mövqelərini möhkəmləndirəcək” AÇIQLAMA

"Ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları kimi nəhəng layihələrə imza atmaqla ölkəmiz son illər ərzində özünü çox sürətli şəkildə dünyaya tanıtmaqdadır. Əvvəllər ölkəmiz haqqında məlumatı olmayanlar belə artıq Azərbaycanı tanıyırlar". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib."Bizim dövlətimiz bu idman yarışlarını keçirməklə bir idman ölkəsi olduğunu göstərir. Həmçinin multikulturalizm və yaxud da islam həmrəyliyi və s. məsələlərlə bağlı özünü dünyaya təqdim etməklə dinc sülhpərvər və insana dəyər verən bir dövlət kimi tanınmaqdadır. Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılışı Azərbaycanın bu mövqelərini bir daha möhkəmləndirəcək. Azərbaycanın sadəcə olaraq idman ölkəsi olduğu deyil, eyni zamanda dövlətlər arasında həmrəylik yaradan bir ölkə olduğu öz təsdiqini tapmış olacaq.Burada bildiyiniz kimi, ərəb ölkələri əsasən müsəlman ölkələri iştirak edir. Təbii ki, islam ölkələrinin bəzisinin arasında müəyyən ixtilaflar var. Həmin ixtilaflar üzündən də bu ölkələr bir-biriləri ilə çox da yaxın münasibət qura bilmirlər. Amma Azərbaycan bütün bu ölkələri öz torpağına gətirir. Əlbəttə ki, bu, dünyaya çox gözəl mesajdır. Təbii ki, bizdə sevinirik ki, məhz belə bir dövlətin vətəndaşıyıq" - deyə, Azər Həsrət fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər