"Ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün çox böyük, mötəbər bir tədbirdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın dünyaya açıq olmasının, ölkəmizin xoşməramlı bir dövlət olmasının, Azərbaycanın idman sahəsinə verdiyi önəmin göstəricisidir: "Təbii ki, bu bir günün məhsulu deyil. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, idmana verilən yüksək qiymət də Azərbaycanın keçdiyi inkişaf yolundan xəbər verir. Çox sevinirəm ki, Azərbaycan belə uğurlu addımlar atır. İdmançılarımıza uğurlar arzu edirəm". Qeyd edək ki, bu gün açılış mərasimi baş tutacaq "Bakı-2017" İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
sia.az