"Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsinin inkişafına da öz töhfəsini verib. Ümumiyyətlə beynəlxalq səviyyəli qlobal ənənə Bakıda keçirilən "Avroviziya" mahnı yarışmasından sonra başladı. Daha sonra Azərbaycanda keçirilən I Avropa Oyunları, "Formula-1" yarışları və s. buna nümunə kimi göstərilə bilər". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, artıq Bakıda açılışı olacaq IV İslam Həmrəliyi Oyunları da bu estafetin davamıdır: "Bu oyunlara dünyanın çox böyük diqqəti var. Dünyanın xeyli sayda kanalları bu oyunları canlı yayımlayacaq. Azərbaycan da özünə əmin dövlət olduğuna, öz iqtisadi şəraitinə, qonaqpərvərliyinə əmin olduğuna görə əslində bu yükü öz üzərinə götürüb. Bu, hətta Azərbaycanın təbliğatı, dünyada ölkəmizin tanınması deməkdir. Hesab edirəm ki, bu cür ənənələrin yaranması Azərbaycan üçün böyük uğurdur. Həqiqətən də Azərbaycan fəxr ediləsi bir ölkədir. Təbii ki, dünyada bunu görməyənlər, qısqananlar var. Azərbaycan həm Avropanın, həm də dünyanın çox ciddi, lazımlı bir hissəsi olaraq bu gün növbəti dəfə öz sözünü deyəcək".
sia.az