PDF Oxu

Siyasət

  • 174

Hikmət Babaoğlu: “Rusiya ədliyyə sistemi təşkilatın bağlanmasına icazə verməyəcək” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Rusiya ədliyyə sistemi təşkilatın bağlanmasına icazə verməyəcək” MÜNASİBƏT

"Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların çox yaxşı təşkilatlanmış bir formasıdır və iki xalqın ümumi maraqlarının təmin olunması istiqamətində fəaliyyət göstərir. Amma eyni zamanda bu təşkilat Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox fəal rol oynayan bir təşkilatdır. Düşünürəm ki, Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresi kimi iki ölkənin əməkdaşlığının gücləndirilməsi istiqamətində ikinci bir əhəmiyyətli ictimai təşkilat yoxdur". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərində olduğu bir dövrdə təşkilatın bağlanmasının gündəmə gətirilməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən ayrı-ayrı mərkəzlərin məqsədi, hədəfidir: "Düşünürəm ki, Rusiya hökuməti, ədliyyə, hüquq sistemi bunun baş tutmasına imkan verməyəcəklər. Çünki bu təşkilat Rusiya ilə Azərbaycan arasında həm də mədəni körpü rolunu oynayır. Ordakı Azərbaycan diasporunun nümayəndələri hər biri Azərbaycanın qeyri-rəsmi elçiləridir. Onların hər biri Rusiya-Azərbaycan münasibətlərinə töhfə veriblər. Ona görə də mən düşünürəm ki, Rusiya ədliyyə sistemi rasional düşünərək doğru qərar qəbul edəcək və bu təşkilatın bağlanmasına icazə verməyəcək".

sia.az

Digər xəbərlər