PDF Oxu

Siyasət

  • 147

Mübariz Əhmədoğlu: “ATƏT-in İrəvan ofisinin bağlanması narahatlıq yaradıb” MÜNASİBƏT

Mübariz Əhmədoğlu: “ATƏT-in İrəvan ofisinin bağlanması narahatlıq yaradıb” MÜNASİBƏT

"ATƏT-in İrəvan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb. Amma ATƏT-in İrəvan ofisinin bağlanması birdən-birə baş verməyib. ATƏT bütün strukturları ilə Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana yardımçı mövqedə idi. ATƏT MQ tənzimlənməni bir kənara qoyub Ermənistanın imitasiyasına şərait yaratmaqla, başqa sözlə status-kvonu möhkəmlətməklə məşğul idi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, ATƏT-in İrəvan ofisi Ermənistan üçün mühüm maliyyə mənbələrindən birinə çevrilmişdi: "Bu ofis son 10 ildə dolayısı və ya birbaşa Dağlıq Qarabağ tənzimlənməsinin hərbi aspektlərinə təsir edə biləcək layihələr reallaşdırırdı. ATƏT-in Bakı ofisi əcaib səbəblə bağlandı. ATƏT-in Bakı ofisinin rəhbəri Fransa vətəndaşı, milliyyətcə azərbaycanlı A. Şahtaxtinski etimadnaməsini təqdim edərkən Prezident İlham Əliyevlə şəkil çəkdirmişdi. Bu Azərbaycanda etimadnaməsini təqdim edən səfirlərlə prosedur qaydaya çevrilib. A. Şahtaxtinskinin Prezident İlham Əliyevlə şəkil çəkdirməsi ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayernin xoşuna gəlməmişdi. Amma ATƏT-in İrəvan ofisinin başçısı Andrey Sorokin səlahiyyətlərini başa vurarkən Ermənistan prezidentinin evində prezidentin xanımı R.Sərkisyanla xeyriyyə konsertinin sponsorluq və aranjemanıq məsələlərini müzakirə etməsindən ötrü ABŞ-ın ATƏT-dəki səfiri D.Bayerdən yəqin ki, minnətdarlıq alıb.Baş verənlər daha irəli getməyi tələb edir. Əks təqdirdə ATƏT-in Bakıda ofisi olmadığı kimi İrəvanda da ofisi olmayacaq. Ermənistan XİN regionda ATƏT-in ofisinin yalnız İrəvanda olması ilə iki dəfə lovğalanmışdı. Beləliklə, İrəvan öyünc və maliyyə mənbələrinin birindən məhrum olacaq".

sia.az

Digər xəbərlər