PDF Oxu

Siyasət

  • 159

Deputat: "Azərbaycana xəyanət etmiş şəxslər Rusiyadan maliyyələşir"

Deputat: "Azərbaycana xəyanət etmiş şəxslər Rusiyadan maliyyələşir"

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb. SİA-nın xəbərinə görə, cari məsələlərin müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, azərbaycanlıların Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalıdır.

"Eyni zamanda Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır", deyən Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycana xəyanət etmiş şəxslərin Rusiyadan maliyyələşdiyi məlum olub.

Deputat qeyd edib ki, gələn il Azərbaycanda Prezident seçkiləri keçiriləcək: "Əvvəllər olduğu kimi, bu dəfə də Prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır".

sia.az

Digər xəbərlər