PDF Oxu

Siyasət

  • 184

Əli Hüseynli: "ÜAK-la bağlı qərar münasibətlərə ciddi ziyan vurur"

Əli Hüseynli: "ÜAK-la bağlı qərar münasibətlərə ciddi ziyan vurur"

"Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etirazını bildirən Ə. Hüseynli qeyd edib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: "Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək"

sia.az

Digər xəbərlər