PDF Oxu

Siyasət

  • 185

Azər Həsrət: “İki ölkənin münasibətlərini korlamaq istəyənlərin əlinə bəhanə verməməliyik” AÇIQLAMA

Azər Həsrət: “İki ölkənin münasibətlərini korlamaq istəyənlərin əlinə bəhanə verməməliyik” AÇIQLAMA

"Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib. Bunun üçün göstərilən əsaslar tam subyektiv olub (məsələn, "təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi", yaxud "rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması"), hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Bunu SİA-ya açıqlamasında "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Azər Həsrət deyib.Onun sözlərinə görə, bütün bunlar təəssüfləndirici hadisədir: "Amma dünyanın sonu da sayılmaz. Yəni bundan faciə düzəltmək lazım deyil. Əksinə, dərs çıxarmaq, Azərbaycan diaspor təşkilatlanması ilə bağlı yeni strategiya işləyib hazırlamaq lazımdır. Biz nəyi necə edəcəyimizi yaxşı ölçüb-biçməliyik ki, gələcəkdə bu cür hadisələrə təkrarlanmasın. Bura onu da əlavə edim ki, bu məsələdən sui-istifadə edib Rusiya-Azərbaycan münasibətlərini korlamaq istəyənlərin əlinə bəhanə də verməməliyik. Yəni biz belə məsələlərin iki ölkə arasında münasibətlərin sərinləşməsinə səbəb olmaması üçün çalışmalıyıq".

sia.az

Digər xəbərlər