PDF Oxu

Siyasət

  • 338

YAP Səbail rayon təşkilatında seminar keçirilib

YAP Səbail rayon təşkilatında seminar keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkialtında "İslam sivilizasiyası qlobal proseslər müstəvisində" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail "Əhməd Cavad 12" ərazi ilk partiya təşkilatının sədr müavini Sona Həmidova və ali məktəbləri, idarə-müəssisələri təmsil edən gənclər, partiyanın gənc fəalları iştirak ediblər.YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib ki, Azərbaycan dünyada İslam həmrəyliyinə böyük önəm verir: "Dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunması da bu reallığın ifadəsidir. Azərbaycan müsəlman dünyasında böyük nüfuza sahib olan dövlətdir. Ölkəmiz beynəlxalq müstəvidə də İslam həmrəyliyinin gücləndirilməsi yönündə səylərini davam etdirir.Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunları bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu oyunlarda 50-dən çox dövlət iştirak edir və islami dəyərlərin təbliği baxımından da bu mötəbər tədbir geniş imkanlar yaradır. Ümumilikdə, dünyada İslam dinini mütərəqqi din kimi qəbul edirlər. Amma bəzi qüvvələr İslam dinini gözdən salmağa cəhd göstərirlər. Həm IV İslam Həmrəyliyi Oyunları, həm də "İslam həmrəyliyi ili" çərçivəsində ölkəmizdə keçirilən tədbirlər belə qüvvələrə tutarlı cavabdır. Hazırda ölkəmizin hər yerində İslam həmrəyliyi mövzusunda müxtəlif tədbirlər keçirilir".YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.Daha sonra digər çıxış edənlər də mövzu ətrafında fikirlərini səsləndiriblər.

sia.az

Digər xəbərlər